Gələn ilin dövlət büdcəsində Azərbaycan xarici yardımlar üçün 13 milyon manatdan çox vəsait ayırır

Gələn ilin dövlət büdcəsində Azərbaycan xarici yardımlar üçün 13 milyon manatdan çox vəsait ayırır.
"Report"un xəbərinə görə, bu barədə "2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində bildirilir.
Qeyd olunub ki, gələn il xarici yardımlar üçün 13 500 000 manat vəsaitin ayrılması proqnozlaşdırılır.
Xatırladaq ki, layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.