Görkəmli şəxsiyyətlərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə komissiyanın tərkibi genişləndirilib

Görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın tərkibi genişləndirilib.
"Report"un xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla Komissiyanın tərkibinə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri əlavə edilib.