Andrey Yermak ABŞ Dövlət katibinin müavini ilə görüşüb

Ukrayna prezident Ofisinin rəhbəri Andrey Yermak Kiyevdə ABŞ Dövlət katibinin müavini Viktoriya Nuland ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Yermak Tvitterdə bildirib.

“ABŞ Dövlət katibinin müavini Viktoriya Nuland və ABŞ səfiri Bricit Brinklə Kiyevdə görüşdük” – deyə Yermak qeyd edib.

Administrasiya rəhbəri ABŞ prezidentinə təşəkkürünü bildirib.