Türkiyə tərəfi Ərdoğanla Əsəd arasında təcili görüşün keçirilməsini planlaşdırmır

Türkiyə tərəfi Prezident Rəcəb Tayyib Ərdoğanla Suriya lideri Bəşər Əsəd arasında təcili görüşün keçirilməsini planlaşdırmır.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Al Jazeera“ kanalına müsahibəsində bildirib.

O qeyd edib ki, belə bir görüşün baş tutması üçün Suriya tərəfi təhlükəsizlik məsələlərinə dair konkret addımlar atmalıdır.