Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü keçirilir

Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb.
“Report”un Rusiya bürosu xəbər verir ki, görüş Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Qəbul Evində keçirilir.
XİN rəhbərləri görüş zamanı ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərini müzakirə edəcək, həmçinin regional və beynəlxalq gündəliyin ən aktual aspektləri, o cümlədən Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması məsələləri üzrə fikir mübadiləsi aparacaqlar.