Vəkillər Kollegiyası Rəyasət Heyətinə yeni sədr müavinləri seçilib

Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin yeni sədr müavinləri məlum olub.
“Report”un xəbərinə görə, bu barədə dekabrın 6-da Bakıda keçirilən Azərbaycan VK üzvlərinin növbəti konfransında elan edilib.
Belə ki, Aydın Axundov, Pərviz Ələkbərov və Şahmar Məmmədov Kollegiyanın Rəyasət Heyətinin yeni sədr müavinləri seçilib.
Qeyd edək ki, konfransda Anar Bağırov növbəti dəfə VK Rəyasət Heyətinin sədri seçilib.