Yunanıstan Azərbaycana yeni səfir təyin etdi - FOTO

Yunanıstan Azərbaycana yeni səfir təyin edib.
Bu barədə Azərbaycanın Yunanıstandakı səfiri Anar Hüseynov “Twitter” hesabında bildirib.
“Bakıda çalışacaq yunanıstanlı həmkarım, səfir cənab Kristos Kapodistriasa can sağlığı və Azərbaycan-Yunanıstan ikitərəfli əlaqələrinin inkişafında uğurlar arzulayıram!”, - o qeyd edib.
Xatırladaq ki, bundan əvvəl Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Piperiqkos olub.