BMT Baş katibinin müavini: “ASAN xidmət” modeli uğurlu və effektivdir”

“ASAN xidmət” modeli uğurlu və effektivdir, bu təcrübə başqa ölkələrdə də tətbiq oluna bilər".
"Report" xəbər verir ki, bunu BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua Bakıda keçirilən “ASAN xidmət”in yaradılmasının 10 illiyinə həsr olunmuş “Müasir İdarəetməyə gedən yol: Dayanıqlı və İnnovativ dövlət xidmətlərinə doğru” adlı beynəlxalq forumun iştirakçılarına videomüraciətində deyib.
"ASAN” modeli dövlət xidmətlərinə çıxışı dəstəkləyir. 360-dan çox xidmət vahid platformada toplanıb və biz hətta məsafədən bu xidmətlərə çıxış əldə edirik. Bu model göstərilən dövlət xidmətlərinin keyfiyyətini artırmağa imkan verir. Bütün ölkələr bu istiqamətdə işləməlidir”, - Li Junhua bildirib.