Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkənin xarici işlər naziri Sergey Lavrovun istefa verməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
O, xəbəri təkzib edərək deyib: “Ənənəvi olaraq sizə cavab verəcəyəm - bu cür məlumatlara şayiə kimi yanaşın”.
Qeyd edək ki, bu gün Rusiyanın bəzi “Telegram” kanallarında Rusiyanın XİN rəhbəri Sergey Lavrovun mümkün istefası ilə bağlı məlumat yayılıb.
Mənbə: TASS