Ermənilərə siyasi şillə…

 Fransa Parlamentinin spikeri Ermənistanda həqiqəti dedi 

  "Fransa Milli Assambleyasının sədri Yael Braun-Pive İrəvanda ermənilərə həqiqəti deməyə məcbur olub". Bu barədə Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib. Analitik qeyd edib ki, ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin səfərinin ardından, bu dəfə Fransada yaşayan ermənilər yaxşı bir pul mükafatı müqabilində Milli Assambleyanın sədrinin Ermənistana səfərinə nail olublar.

Lakin səfərin yekunlarına dair mətbuat konfransı zamanı, hazırda Ermənistan hakimiyyətinin ən çox ümid etdiyi dövlətin, BMT TŞ-nin üzvü, Fransanın nümayəndəsi həqiqəti deməyə vadar olub: "Baxmayaraq ki, hazırda həmin xanımın təmsil etdiyi parlament 2 il əvvəl Qarabağla bağlı bəyanatda tamamilə əksini bildirirdi. 

Jurnalistin sualına cavab verən Yael Braun-Pive Fransanın beynəlxalq hüquqa əsasən, Qarabağı "müstəqil respublika" kimi tanımadığını bəyan etdi. Nikol Paşinyan da əvvəlki çıxışında "Dağlıq Qarabağ"ın hamı tərəfindən Azərbaycan Respublikasının ərazisi kimi tanındığını qeyd etmişdi. Xatırladım ki, Paşinyanın mətbuat konfransı zamanı separatçılarla bağlı müxtəlif açıqlamaları Ruben Vardanyan və Nikol Paşinyan arasında münasibətləri daha da gərginləşdirib. 

Hazırda hər iki tərəfin media resursları və hakimiyyətinin üzvləri bir-birini günahlandırmaqla məşğuldurlar. Hətta iş o yerə çatıb ki, Vardanyan çıxışların birində Sarkisyan-Koçaryan seçicilərini "Artsax"ın yanında olmağa və mübarizə etməyə çağırıb. Fransa parlamentinin spikerinin Ermənistanda Qarabağla bağlı verdiyi bəyanat bütün dünyadakı erməniləri yuxudan ayıldan siyasi şillə olmalıdır. 

Nə Rusiya, nə Fransa, nə də İran separatçıları müstəqil qurum kimi tanıyır. Bütün dünya Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Hazırda Vardanyan kloununun fəaliyyəti isə yerli əhalinin istismarı  və bədbəxtçiliyi üçün atılan addımlardan başqa bir şey deyil".