Ermənistan buna cəhd etsə... - "Ərazi itkilərinə məruz qalacaq" 

"Ermənistan baş naziri Nikol Paşinyan aprel ayında Konustitusiya referendumu keçirməsini gündəliyə çıxarıb".
Bu barədə "Sherg.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 
Analitik bildirib ki, hazırda Ermənistan Respublikasının Konustitusiyasına uyğun olaraq Azərbaycanla sülh müqaviləsinin bağlanması və ölkəmizin ərazi bütövlüyünün tanınması "hüquqi" cəhətdən mümkün deyil: 

"Yalnız baza sənədi imzalana bilər. Bu da ölkəmiz üçün Ermənistan kimi anti-Azərbaycan siyasətə malik bir ölkə ilə qeyri-mümkündür. Ermənistanın qüvvədə olan Konustitusiyasina görə Azərbaycana və Türkiyəyə ərazi iddiaları, xüsusilə Qarabağın bu ölkəyə birləşdirilməsi qeyd edilib. Belə olan təqdirdə sülhün əldə edilməsi hüquqi cəhətdən mümkün deyil. Ermənistan baş naziri Nikol Paşinyan deyir ki, İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Amma Ermənistan Konustitusiyasinda bu, belə deyil. Ermənistan tərəfi o zaman sülh müqaviləsində səmimi olar ki, referendumda Azərbaycana qarşı ərazi iddiaları özündə ehtiva edən bəndləri çıxarsın. Bundan əlavə, Ermənistan parlament respublikasını ləğv edib, prezident üsul-idarəsinə keçəcək. Paşinyan növbədənkənar prezident seçkilərinə gedib, prezident seçilərək mövqeyini möhkəmləndirilməsi istiqamətində islahatlar aparacaq". 

Ekspert hesab edir ki, Ermənistan konustitusiyasinda dəyişliklərlə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları çıxarılarsa, növbəti mərhələdə sülh müqaviləsinin bağlanması mümkün olar: 

"Ermənistanın yeni konstitusiyasında və hərbi doktirinasında dəyişikliklər edilməklə Rusiyanın bu ölkədə mövqeyinin güclənməsinin qarşısı alınacaq. Paşinyanın ölkə daxilində islahatlar keçirməsi heç də Azərbaycana qarşı loyal münasibət ortaya qoymur. Ermənistan yeni təxribatlara da əl ata bilər. İrəvanın hərbi hədəfi Cermux şəhərinin ətrafından Azərbaycan qoşunlarını geri atmaqdır. Buna cəhd etsələr, Ermənistan ərazi itkilərinə məruz qalacaq. Çünki Cermux rayonun ətrafında yüksəkliklər Azərbaycan ərazisidir və şərti sərhədlər bu istiqamətdən başlayır".