Heç kim Laçın yolu ilə bağlı ölkəmizi günahlanda bilməz - Politoloq 

Avroparlamentdə səsləndirilən bəyanatların heç bir mənəvi, siyasi, hüquqi çəkisi yoxdur

"Avroparlament növbəti addımı ilə Aİ-Azərbaycan münasibətlərinə xələl gətirmək əzmini nümayiş etdirdi".

"Sherg.az" xəbər verir ki, bu barədə politoloq Zaur Məmmədov deyib. 


 
Analitik bildirib ki, Laçında baş verənlərlə bağlı ölkəmizin günahlandırılması, ermənilərin "hüquqlarının qorunmasına" çağırış, Azərbaycan ordusunun Ermənistan ərazisindən çıxarılması kimi tələblərin layihəyə salınması - qərəzli və birtərəfli münasibətin bariz nümunəsidir: 

"Aydın məsələdir ki, Azərbaycan üçün Avroparlamentdə səsləndirilən bəyanatların heç bir mənəvi, siyasi, hüquqi çəkisi yoxdur. Əgər Avroparlament həqiqəti demək istəyirsə, o zaman ərazi bütövlüyü məsələsində niyə Azərbaycanın adını çəkmədi? Avropalıların erməni hərbi birləşmələrinin Qarabağın dağlıq hissəsindən çıxarılması tələbini səsləndirməmələri, əvəzində Azərbaycan hərbçilərinin  Ermənistandan çıxarılması kimi tələb çıxışlar qərəzin son həddi sayıla bilinər. Beləcə, Fransa və Ermənistan Aİ -nın prezidenti Şarl Mişelin son 1 ildə Bakı və İrəvan arasında  effektiv vasitəçi kimi nailiyyətlərinin üstündən xətt çəkmiş olur. Görünən odur ki, Şarl Mişel və Fon Layen kimi fiqurlara qarşı erməni diasporası, Fransa hökuməti  tərəfindən təzyiq mexanizmi məhz Avroparlament, Avropa Komissiyası qismində meydana buraxılıb və bu cür avantürist çıxışlar davamlı olacaq".

Ekspertə görə, baş verənlər, XİN və Diaspora Komitəsinin Avroparlamentlə, ABŞ - ilə, Aİ- ilə siyasət konsepsiyasına göz gəzdirməyi, bəzi düzəlişlər etməyi lazım bilir: 

"Avropalılarla iş mexanizmləri, metodları yeni yanaşmalarla nəzərdən keçirilməlidir. Əgər Avropa strukturları Cənubi Qafqaza yanaşmalarında məhz erməni məsələsi prinsipi ilə yanaşacaqlarsa, sözsüz ki, qitənin siyasi institutunun bölgədəki nüfuzuna zərbə vurmuş olacaqlar. Yaxşı olardı ki,  müvafiq Avropa strukturları Avroparlamentin Cənubi Qafqaz üzrə nümayəndə heyətinin rəhbəri Marina Kalyurand başda olmaqla bir çoxları ilə bağlı araşdırmalara başlasın. Kor gözlə də görünür ki, bu gün Avroparlamentin bir çox üzvü erməni diasporası tərəfindən maliyələşdirilirlər. Ötən ilin sonunda Avroparlamentdə bəzi ölkələrlə bağlı araşdırılmaların da başlanılması buna bir sübutdur. Ancaq, digər ölkələrin rüşvət məsələsində adları çəkilsə də, erməni milyonçuları ilə bağlı susqunluq nümayiş etdirilir".