Ərdoğan:"NATO-ya müraciət baxımından bizdən dəstək gözləməsinlər"

"NATO-ya müraciət baxımından bizdən dəstək gözləməsinlər".
"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında deyib.
"İsveçdəki çirkin hərəkət müsəlmanlara qarşı təhqirdir. Müsəlmanların və ya digər dinlərin müqəddəslərini incitməyə heç kəsin haqqı yoxdur. NATO-ya müraciət baxımından bizdən yaxşılıq gözləməsinlər. Küçələrdə terror təşkilatlarını gəzdirəcəksiniz, o zaman bizdən dəstək gözləyəcəksiniz. NATO ilə bağlı bizdən heç bir dəstək gözləməyin", - Ərdoğan bildirib.