Britaniya səfiri Tuğ kənd orta məktəbindən paylaşım edib - FOTO

Beyləqana səfər edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Tuğ kənd orta məktəbində olub.
Diplomat “Twitter” hesabında şagirdlərlə foto paylaşıb.
“Tuğ kənd orta məktəbinin şagirdlərilə vaxt keçirib onların maraqlı suallarına cavab vermək mənim üçün xoş bir fürsət idi. Necə deyərlər, gənclər bizim gələcəyimizdir!” - deyə o, paylaşımında qeyd edib.