ATƏT-dəki 52 nümayəndə İrandakı səfirliyimizə hücumu pisləyib

ATƏT Daimi Şurasının bu gün keçirilən iclasında ATƏT-dəki 52 nümayəndə İrandakı səfirliyimizə hücumu pisləyib.
“Report” xəbər verir ki, bunu Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi Rövşən Sadıqbəyli tviterdə yazıb.
O bildirib ki, iclasda səfirliyə hücum məsələsi müzakirə olunub.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, daha iki nəfəri yaralayıb.