Azərbaycanın ATƏT-dəki daimi nümayəndəliyi Laçın yolundakı durumla bağlı bəyanat yayıb

Azərbaycanın ATƏT-dəki daimi nümayəndəliyi Laçın yolundakı durumla bağlı bəyanat yayıb.
“Report”un xəbərinə görə, bəyanatda bildirilib ki, Ermənistan yoldan qanunsuz məqsədləri, o cümlədən hərbi yüklərin, minaların danışması üçün istifadə edib.
"Bu, həm də minaların, silah-sursatların qanunsuz daşınması, Azərbaycanın qeyri-qanuni yolla çıxarılan təbii sərvətlərinin Ermənistana verilməsi ilə bağlıdır", - bəyanatda vurğulanıb.
Qeyd olunub ki, azərbaycanlı ekofəalların aksiyası nəticəsində 60 gündür Ermənistanın yoldan qanunsuz istifadəsinin qarşısı alınıb.