Spiker Rusiyada səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarova Rusiyada səfərdədir. O, Kreml divarları yaxınlığında yerləşən naməlum əsgərin məzarı önünə əklil qoyub.
Bu barədə “Report”un Rusiya bürosu xəbər verir.
Səfər çərçivəsində S.Qafarovanın Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması və Federasiya Şurasının sədrləri ilə görüşləri nəzərdə tutulub.