“Təəssüf ki, platformanın bəzi üzvləri (İran və Ermənistan) Azərbaycanla bağlı destruktiv siyasət yürüdür”
“Eyni zamanda Rusiya-Gürcüstan əlaqələri korlanıb. Rəsmi Moskva ilə Ermənistan münasibətləri gərgindir”
“Belə vəziyyətdə platformanın nə dərəcədə faydalı olacağını demək bir qədər çətindir”
"Rusiya Xarici işlər naziri Sergey Lavrovun “3+3 formatına” dair açıqlaması ondan xəbər verir ki, rəsmi Moskva platformanı dəstəkləyir və burada iştirak etmək niyyətindədir".
Bunu "Sherg.az"a politoloq İlqar Vəlizadə Rusiya XİN başçısı S.Lavrovun sözügedən açıqlamasından danışarkən deyib. Onun sözlərinə görə, təəssüf ki, platformanın bəzi üzvləri (İran və Ermənistan) Azərbaycanla bağlı destruktiv siyasət yürüdür:
"Eyni zamanda Rusiya-Gürcüstan əlaqələri korlanıb. Rəsmi Moskva ilə Ermənistan münasibətləri gərgindir. Belə vəziyyətdə platformanın nə dərəcədə faydalı olacağını demək bir qədər çətindir. Ümumiyyətlə, gələcək və regionda proseslərin sabitləşməsi üçün platforma önəmli rol oynaya bilər. Bu formatın yaranması ilə bağlı səylər və onun ardıcıl fəaliyyət göstərməsi barədə atılan addımlar vacibdir. Şimal qonşumuzun platformanı dəstəkləməsi Rusiyanın burada da öz potensialını görməsindən irəli gəlir. Əlbəttə ki, hər bir ölkə bu məsələyə öz nöqteyi-nəzərindən yanaşır. Amma bütün hallarda tərəflərin fikirlərinin üst-üstə düşməsi zəruridir. Bu da Azərbaycan-Rusiya münasibətlərinə bir qədər faydalı olar".
Qeyd edək ki, Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının 3-cü iclası çərçivəsində "XXI əsrdə Rusiya-Azərbaycan münasibətləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq" adlı konfrans keçirilib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov konfransın açılışında bildirib ki, 3+3 formatı (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) bizim diqqətimizdədir: "İndiyədək 3+3 formatında yalnız bir görüş olub. Gürcüstan iştirakdan imtina edib, lakin biz Gürcüstan üçün qapını həmişə açıq saxlayırıq", - deyə o əlavə edib.