Putinin həbsinə order verilməsi: Əsas hədəf Çinin səylərini dağıtmaqdır

"Beynəlxalq Cinayət Məhkəməsinin Vladimir Putinin həbsinə order verməsi Çinin Rusiya-Ukrayna arasında vasitəçilik üçün təklif etdiyi sülh planını həyata keçirməsini çətinləşdirir. O mənada ki, Çin Putinlə Zelenskinin görüşünü təşkil etməyə hazırlaşarkən, Zelenskinin qarşısına "sən cinayətkarla görüşə bilməzsən" faktını qoyurlar. Beləliklə, əsas hədəf Çinin səylərini dağıtmaqdır". 
Sherg.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Aqşin Kərimov Beynəlxalq Cinayət Məhkəməsinin Vladimir Putinin həbsinə order verməsinə münasibət bildirərkən deyib. Analitik hesab edir ki, ən maraqlı məqam budur ki, ümumiyyətlə Rusiyanın Ukraynadakı müharibə cinayətlərinin üzə çıxması məsələsi ABŞ Dövlət Departamenti ilə Pentaqon arasında mübahisə yaradır:

""Washington Post" yazır ki, Pentaqon Bayden administrasiyasının Rusiyanın Ukraynadakı cinayətlərinə dair məlumatları Beynəlxalq Cinayət Məhkəməsi ilə bölüşməsinə mane olur (martın 8-də dərc edilən məqalə). Deməli BCM-nin qərarı ABŞ daxilində də birmənalı qarşılanmır".