Rusiya xarici siyasətinin yeni konsepsiyası təsdiqləndi

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında yeni xarici siyasət konsepsiyası haqqında fərman imzaladığını bildirib. Putin konsepsiyanı “orta və uzunmüddətli perspektivdə əməli fəaliyyətlərimizin əsasını təşkil edəcək” “balanslaşdırılmış sənəd” adlandırıb.
Konsepsiyada qeyd edilir:
Rusiya özünü Qərbin düşməni hesab etmir və ondan təcrid olunmur;
Rusiyanın humanitar siyasətinin prioritetləri rusofobiyaya qarşı mübarizədir;
Rusiya İslam sivilizasiyasını dost hesab edir və onunla, eləcə də Çin, Hindistan və Latın Amerikası ölkələri ilə hərtərəfli qarşılıqlı faydalı əməkdaşlığı gücləndirəcək;
Rusiya ümumbəşəri və ənənəvi mənəvi-əxlaqi dəyərlərə hörmət və mühafizənin təmin edilməsinə yönəlmiş beynəlxalq səylərin birləşdirilməsinin tərəfdarıdır;
Rusiya öz silahlı qüvvələrindən özünə və müttəfiqlərinə qarşı silahlı hücumu dəf etmək və qarşısını almaq üçün istifadə edə bilər;
Rusiyanın 21-ci əsrdə flaqman layihəsi Avrasiyanın dünyanın vahid ümumkontinental məkanına çevrilməsidir;
Yenilənmiş sənəddə ABŞ anti-Rusiya xəttinin əsas bələdçisi adlandırılır;
İlk dəfə olaraq Rusiyanın xarici siyasət konsepsiyası 1993-cü ildə təsdiqlənib, sonra dəfələrlə yenilənib. 2016-cı il konsepsiyasında Rusiya xarici siyasətinin vəzifələri arasında “dünya birliyində güclü mövqelərin qorunub saxlanılması və möhkəmləndirilməsi”, həmçinin “qonşu dövlətlərlə mehriban qonşuluq münasibətlərinin formalaşdırılması” yer alır.
Mənbə: Kommersant