Bayramov və Mirzoyan görüşəcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan azərbaycanlı həmkarı Ceyhun Bayramovla yaxın zamanlarda görüşəcək.
Bakupost.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, erməni nazir bu barədə parlamentdə çıxışı zamanı deyib.
Nazir Ermənistan və Azərbaycanın vasitəçilər və beynəlxalq nümayəndələrdən də danışıqların keçirilməsinə təkliflərin olduğunu da vurğulayıb.