Zurabişvilinin Strasburqa səfəri təxirə salındı

Gürcüstan Prezidenti Salome Zurabişvilinin Strasburqa səfəri təxirə salınıb.
Bakupost.az xəbər verir ki, bu barədə Gürcüstan Prezidentinin administrasiyası yayıb.
Bildirilib ki, Prezident Salome Zurabişvilinin Avropa Parlamentində çıxış məqsədilə aprelin 18-nə planlaşdırılan səfəri təxirə salınıb.