Lavrovla Mirzoyan regional məsələləri müzakirə ediblər

Özbəkistanın paytaxtı Səmərqənddə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş olub.
“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, tərəflər Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) növbəti iclası çərçivəsində bir araya gəliblər.
Onlar regional və ikitərəfli məsələləri müzakirə ediblər.