"Rusiya Ukraynada xüsusi təyinatlı döyüşçülərinin 95 faizini itirib"

Rusiya Ukraynada xüsusi təyinatlı döyüşçülərinin 95 faizini itirib.
“Report” xəbər verir ki, bu barədə ABŞ-ın “Vaşinqton Post” nəşri Pentaqondan sızan sənədlərə əsasən yazıb.
Bildirilib ki, gələcəkdə bu itkiləri bərpa etmək üçün Rusiyaya 10 ilə yaxın vaxt lazım olacaq.
Qeyd olunub ki, həmin itkilər Rusiyanın təkcə Ukraynada deyil, digər yerlərdəki döyüş qabiliyyətinə də mənfi təsir göstərəcək.
Məlumatda Ukraynada Rusiyanın nə qədər xüsusi təyinatlı döyüşçüsünün öldüyü və yaralandığı açıqlanmayıb.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən ilin feveralın 24-də başlayıb.