XİN:“Regionda davamlı sülhün bərqərar olması üçün cəzasızlığa son qoyulmalıdır” - FOTO

“Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə və nifrət siyasətinin növbəti təzahürü olan Başlıbel qətliamının 30-cu ildönümündə 21 qurbanın xatirəsini yad edirik”.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” hesabındakı paylaşımında bildirilib.
“Regionda davamlı sülhün bərqərar olması üçün cəzasızlığa son qoyulmasının vacibliyini bir daha bildiririk”, - XİN-dən qeyd olunub.