ABŞ-də ermənilərə ETİRAZ  - FOTO

Hər il aprelin 24-də, qondarma erməni soyqırımının ildönümündə ABŞ-dəki erməni dəstələr türk missiyaları qarşısında təxribat xarakterli yürüşlər və aksiyalar təşkil edirlər.
Erməni qrupları bu il də ənənələrini pozmayıblar.
Onlar Türkiyə və Azərbaycan əleyhinə plakatlar və şüarlar səsləndirərək Türkiyənin Vaşinqtondakı səfirliyi və Azərbaycan səfirliyi qarşısında yürüş keçiriblər.
Türkiyə vətəndaşları Vaşinqton səfirliyi və səfirlik iqamətgahı qarşısına toplaşaraq erməni qruplaşmalarına etiraz ediblər.
Onlar Türkiyə və Azərbaycan bayraqları daşıyaraq erməni qruplarına yürüş və şüarlarla etirazlarını bildiriblər.
Qeyd edək ki, Azərbaycan səfiri Xəzər İbrahim qondarma erməni soyqırımının ildönümündə ABŞ-də yaşayan ermənilərin Azərbaycanın Vaşinqtondakı səfirliyi qarşısında mitinq keçirdikləri barədə “Twitter” hesabında məlumat paylaşıb.
Mənbə: Anadolu