Sərhəd məsələsi: Putinin cavabı Paşinyanı məyus edib - Detallar

"Ermənistanın baş naziri Nikol Paşinyanın bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putinlə söhbəti (bu barədə xəbər bu gün yayılıb- red.) zamanı Moskva Laçın yolundakı keçid məntəqəsi ilə bağlı mövqeyini İrəvana çatdırıb. Moskvanın mövqeyi Ermənistan baş nazirini xeyli məyus edib".
Bakupost.az xəbər verir ki, bu barədə "Bakinskiy Burila" Teleqram kanalında yer alan məqalıdı bildirilir.
"Heç bir dəstək olmayacaq. Ona görə də Paşinyan, demək olar ki, Putinlə söhbətindən dərhal sonra Avropa Şurasının rəhbəri Şarl Mişellə telefonla danışıb. Regiondakı hazırkı hərbi-siyasi və humanitar vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb", - deyə yazıda vurğulanır.
Qeyd olunur ki, Paşinyan Şarl Mişellə söhbətində keçid məntəqəsindən şikayətlənib, Azərbaycan trəfindən “etnik təmizləmə” aparıldığını bildirib:
"Ancaq Paşinyan yaxşı başa düşür ki, heç kim etnik təmizləmə planlaşdırmır - Avropada da bunu başa düşürlər. Söhbət təbii ki, İrəvanın Avropadan kömək istəməsindən gedir. Paşinyan Laçın yolunun girişində sərhəd və gömrük nəzarətinin açılmasının təxirə salınması üçün Bakıya təzyiq göstərməyi xahiş edib. Yalnız bir sual açıq qalır: Şarl Mişel ona nə cavab verib? Güman ki, Şarl Mişel ermənilərin çox ümid bəslədiyi dəstəyi verməyəcək. Çünki Qarabağın Azərbaycanın iqtisadi-hüquqi məkanına yenidən inteqrasiyası ssenarisini bütüb dünya qəbul edir. Bu isə o deməkdir ki, İrəvan növbətçi bəyanatlardan başqa heç bir real dəstək əldə edə bilməyəcək".