Mövlud Çavuşoğlu: "Ermənistan gərginlik yaradır, Qarabağa silah daşıyır"

“Biz Azərbaycanla birlikdə Qarabağ müharibəsi başa çatdıqdan sonra Ermənistanla münasibətlərin normallaşmasını istəyirik”.
“Report” xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində deyib.
O bildirib ki, Azərbaycan Ermənistana sülh təklif edib: “Ermənistan başqasının torpaqlarından çıxarılmağı həzm edə bilmir. Ermənilər gərginlik yaradır, Qarabağa silah daşıyır”.