MHP-nin baş katibi İsmət Büyükataman ATA Alyansının prezidentliyə namizədi Sinan Oğanın keçmişdə MHP sədri Dövlət Baxçalı ilə prezidentlik yarışına girdiyi üçün qovulması ilə bağlı iddialara dair açıqlama verib.
“Sherg.az” Türkiyə mediasına istinadən xəbər verir ki, MHP baş katibi Sinan Oğanın 2014-cü ilin iyununda keçirilən seçkiləri, 2015-ci il ümumi seçkilərdən əvvəl və sonra partiya nizamnaməsinə uyğun olmayan açıqlamalar verdiyini xatırladıb.
Qeyd edək ki, Büyükataman Sinan Oğanın sosial media hesablarında fikirləri paylaşdığına diqqət çəkib.
O, Oğanın bu açıqlamalarına görə 26 avqust 2015-ci ildə Mərkəzi İntizam Şurasının qərarı ilə xaric edildiyini bildirib.
Mənbə: Haber Global