Prezident: "Pakistan Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə öz dəstəyini göstərməkdə davam edəcək"

"Pakistan Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə öz dəstəyini göstərməkdə davam edəcək".
"Report"un xəbərinə görə, bu fikirlər Pakistan İslam Respublikasının Prezidenti Arif Alvinin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda əksini tapıb.
"Son otuz ildə ölkələrimiz arasında qardaşlıq əlaqələri xüsusilə iqtisadiyyat və ticarət, mədəniyyət, təhsil, eləcə də müdafiə sahələrində dərinləşən çoxsahəli əməkdaşlığımız əsasında möhkəmlənmişdir. Pakistan sınaqlar zamanı qürurla Azərbaycanın yanında olmuşdur. Pakistan Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə öz dəstəyini göstərməkdə davam edəcək", - məktubda qeyd edilib..