Nyu-Yorkda Azərbaycanın Müstəqillik Günü qeyd edilib - FOTO

ABŞ-nin Nyu-York şəhərində 28 May - Azərbaycanın Müstəqillik Günü qeyd edilib.
“Report”un ABŞ bürosu xəbər verir ki, tədbir Azərbaycan-Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə keçirilib.
Tədbirdə ştatda yaşayan Azərbaycan və türk icmasının fəalları, ziyalılar, yerli ictimaiyyətin nümayəndələri və ABŞ-də təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Mərasim Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Açıq havada keçirilən tədbirdə milli musiqilərimiz və rəqslərimiz ifa olunub.
Tədbir yerli sakinlər tərəfindən də maraqla izlənilib.