İsveçin Baş naziri: “PKK daxil olmaqla bütün terror qruplaşmalarını lənətləyirik”

“PKK daxil olmaqla bütün terror qruplaşmalarını lənətləyirik”.

“Report” xəbər verir ki, bunu İsveçin Baş naziri Ulf Kristersson bildirib.

Onun sözlərinə görə, İsveçin NATO-ya üzvlüyünü Türkiyə və Macarıstan təsdiqləməyib: “Türkiyə ilə razılaşaraq “Terrora qarı mübarizə haqqında” qanun qəbul etdik”.