Azərbaycan və Qazaxıstan hərbi tibb sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və Qazaxıstan arasında hərbi tibb sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Bu barədə "Sherg.az"a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi tibb xidməti general-mayoru Firudin Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda səfərdə olub. Səfər zamanı keçirilən görüşdə Azərbaycan və Qazaxıstan arasında hərbi tibb sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.