Kamerun rəhbəri Prezident İlham Əliyevə məktub göndərib

Kamerun Respublikasının Prezidenti Pol Biya Prezident İlham Əliyevə məktub göndərib.

Trend xəbər verir ki, məktubda deyilir:

"Ölkənizin milli bayramı – Müstəqillik Gününün qeyd edilməsi Sizə səmimi təbriklərimi çatdırmaq üçün mənə xoş fürsət yaradır.

Bu fürsətdən istifadə edib Azərbaycan xalqına xoşbəxtlik arzularımı çatdırıram".