Sərhədlər hansı xəritə əsasında dəqiqləşəcək? - İrəvandan açıqlama


"Bakı və İrəvan bir sıra əsas məsələlər, o cümlədən sərhədlərin delimitasiyasının hansı ilin xəritəsi əsasında aparılması barədə hələlik razılığa gəlməyib".
Bakupost.az erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan brifinqdə bildirib.
“Tərəflərin mövqeləri biri-birindən kifayət qədər uzaqdır, lakin iş davam edir”, - Vahan Kostanyan vurğulayıb.