Sarkisyanın müavininə qarşı yeni cinayət işi açılıb

Ermənistan Respublikaçılar Partiyasının sədr müavini, sabiq təhsil və elm naziri Armen Aşotyan və onun partiya yoldaşlarına qarşı yeni cinayət işi açılıb.

APA xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, cinayət işinin materiallarına əsasən, onlar əvvəlcədən razılaşaraq və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək məktəb binasının digər şəxslər tərəfindən özəlləşdirilməsi üçün yardım ediblər.

Xatırladaq ki, Aşotyan 16 iyunda 2 ay müddətinə həbs edilib.

Aşotyan təhsil naziri olarkən tibb universiteti üçün satınalmalar zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulmasında ittiham olunub.

Xatırladaq ki, Ermənistan Respublikaçılar Partiyasının sədri sabiq prezident Serj Sarkisyandır.