Paşinyan Blinkenlə Azərbaycanı müzakirə etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ dövlət katibi Entoni Blinkenlə telefonla danışıb.

Trend xəbər verir ki, bu barədə Paşinyan rəsmi "Twitter" hesabından məlumat verib.

Paşinyan Blinkenlə telefon danışığı barədə yazıb:

"Dövlət katibi Blinken ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə davam edən danışıqlar, Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi üçün lazımi addımlar, həmçinin beynəlxalq iştirakla Bakı-Xankəndi dialoqunun vacibliyi kimi mühüm məsələləri müzakirə etdik".