Ərdoğan Niderland və Yunanıstan baş nazirləri ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vilnüsdə Niderland və Yunanıstanın baş nazirləri Mark Rutto və Kiriakos Miçotakis ilə ayrı-ayrılıqda görüşüb.

"Report" Türkiyə KİV-nə istinadən xəbər verir ki, görüşlər NATO-nun Vilnüsdə keçirilən sammiti çərçivəsində baş tutub.

Niderlandın Baş naziri ilə görüşdə xarici işlər naziri Hakan Fidan, MİT rəhbəri İbrahim Kalın, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun və Prezidentin baş müşaviri səfir Akif Çağatay Kılıç müşayiət ediblər.

Tərəflər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.