Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının (Aİ) ölkəsində planlaşdırdığı layihələrə 2,6 milyard dollar ayırmasının vacibliyini vurğulayıb.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqı (Aİ) nümayəndə heyətinin başçısı səfir Vasilisi Maraqosla görüşdə bildirib.
Bildirilib ki, tərəflər Aİ ilə Ermənistan əməkdaşlığının müxtəlif istiqamətlərini, xüsusi ilə ölkədə reallaşdırılan demokratik islahatlara dair məsələləri müzakirə ediblər.
Mövzu ilə bağlı Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov "Sherg.az" vurğulayıb ki, Avropa İttifaqı tərəfindən Ermənistana 2,6 milyard dollar vəsaitin ayrılacağı ilə bağlı iddialar əvvəlcədə səsləndirilib:
"Görünür ki, bu məsələ bitdikdən sonra yenidən gündəmə gəlməyə başlayıb. Hətta Aİ əvvəllər vəd etmişdi ki, Ermənistan Azərbaycan ilə danışıqlar masasına oturduğu təqdirdə bunu həyata keçirəcəklər. Nikol Paşinyanın siyasi hakimiyyətini möhkəmləndirmək üçün atdığı addımlarda maliyyə dəstəyinin olması çox vacibdir. Ona görə də, Paşinyan administrasiyasına təstəyin verilməsi onun siyasi hakimiyyətinin ömrünün uzanması kimi dəyərləndirilə bilər. Rusiyanın, eyni zamanda Avropa İttifaqının özünün içində belə buna münasibətlər fərqli olacaq. Amma hər vəziyyətdə Paşinyan administrasiyası ölkəni düşdüyü çətin durumdan çıxarmaq üçün Avropa İttifaqından bu yardımı istəyəcək. Aİ bu yardımı edəcəkmi bilinmir. Paşinyan, amma ölkəsinə maliyyə dəstəyinin ayrılmasını həyata keçirmək üçün çalışacaq".