“Azərbaycan dövlətinin beynəlxalq hüququ öz gücü hesabına bərpa etməsi dünyaya insan hüquqları sahəsində dərs verməyə çalışan əksər ölkələri narahat edir. Bunlardan Kanadanı və Fransanı misal çəkə bilərik ki, hələ Vətən müharibəsi dövründə və sonrakı proseslərdə ermənipərəst mövqelərini açıq şəkildə büruzə verdilər”.
Bunu “Sherg.az”a açıqlamasında siyasi şərhçi Elmir Səftərov Kanadanın anti-Azərbaycan mövqeyindən danışarkən deyib.
O bildirib ki, bəzi Qərb ölkələri bir mərkəzdən idarə olunur və onların Azərbaycana qarşı siyasətləri eynilik təşkil edir:
“Ən böyük Ermənistan dəstəkçilərindən olan Fransa və Kanadanın əməkdaşlıq istiqamətlərinə qısa da olsa nəzər salaq: Hər iki dövlət BMT-nin, NATO-nun, G-7 və G-20-nin daimi üzvüdür. Eyni zamanda, Avropa İttifaqının qurucu üzvü və Beynəlxalq Frankofoniya Təşkilatında ən yaxın müttəfiqlərdən biridir.
Fransa və Kanada qlobal miqyasda da əməkdaşlıq edir. Belə ki, 2018-ci ildən indiyədək Baş nazir Trudeau və Prezident Emmanuel Makaron ölkələri arasındakı münasibətləri daha da yaxşılaşdırmaq üçün müəyyən tədbirlər həyata keçiriblər.
Tərəflər, həmçinin Ukrayna-Rusiya müharibəsi, COVlD-19 pandemiyasi və digər mövzularla bağlı əməkdaşı edir, əlaqə saxlayırlar. Hər iki ölkə arasında müntəzəm hava nəqliyyatı var.
Bundan əlavə, Fransa və Kanada arasında hərbi əməkdaşlıq hökm sürür, onlar müdafiə avadanlıqlarının mübadiləsini də həyata keçirirlər”.
Analitikin sözlərinə görə, Fransanın Azərbaycana qarşı həyata keçirdiyi siyasi xətt Kanada tərəfindən də eyni istiqamət üzrə davam edir:
“Bu yanaşma təkcə həmin ölkələrdə olan erməni diasporunun, lobbilərinin yardımdan ibarət deyil. Eyni zamanda, bu, geosiyasi dövlət maraqlarına uyğun şəkildə yürüdülür. Fransa və Kanada ölkələrin suverenliyi və ərazi bütövlüyü məsələlərində qərəzli mövqe nümayiş etdirir, öz tərəflərini açıq şəkildə bəyan edirlər. Ümumiyyətlə, Kanadanın xarici işlər naziri Melani Colinin son vaxtlar ölkəmiz əleyhinə səsləndirdiyi həqiqətə uyğun olmayan, təhdid dolu açıqlamaları bu ölkənin ədalətsiz, qərəzli yanaşmasının sübutudur. Kanadanın bu davranışlarında Fransa siyasi xəttinin izləri aydın şəkildə görünür. Ölkəmizə qarşı təzyiqlər qeyd olunan ölkələrdən əlavə, digər Qərb dövlətləri tərəfindən də müxtəlif formalarda olunur və bundan sonra da olacaq. Ona görə də Kanadanın və Fransanın siyasi təzyiqlərinin qarşısının alınması istiqamətində Türk Dövlətləri Təşkilatı və Qoşulmama Hərəkəti çərçivəsində davamlı siyasət həyata keçirilməlidir. Hərbi sahədə müharibə bitsə də, diplomatik səviyyədə savaşlar davam edir. Ona görə də hər bir mənfi çağırışlara hazır olmalıyıq”.