Kreml İrəvana “qazla” cavab verəcəkXalatyan

Ermənistan-Rusiya münasibətlərindəki hazırkı böhranın cavabı Moskvanın İrəvana verdiyi qazın qiymətini artırması olacaq. Belə olan halda sual yaranacaq: ermənilər qazı hansı ölkədən alacaqlar?

Axar.az xəbər verir ki, bunu erməni politoloq Hayk Xalatyan deyib.

“Əgər İrəvan düşünürsə ki, İrandan alacaq, çox yanılır. İran Paşinyanın regiondankənar qüvvələri bölgəyə gətirməsi faktını qəbul etməyəcək, ona görə də İrandan qaz almaq hələ mümkün deyil. Prinsipcə, Paşinyan Cənubi Qafqaza regiondankənar qüvvələr yeritməklə Ermənistanın özünün gələcəyini təhlükə altına qoyur. İrəvanın oxşar siyasəti davam edərsə, Ermənistan Suriyanın aqibətilə üzləşəcək”, - o bildirib.