İsrail zorakılığa son qoymalıdır – Fidan

İsrail tutduğu yanlış yoldan dönməli və zorakılığa son qoymalıdır.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib.

“Qəzza faciəsi bizim ən mühüm gündəmimizdir. Qəzzalılar günlərdir şiddətli bombardmana məruz qalıb. Onları vəhşicəsinə və açıq şəkildə qətlə yetirirlər. Bu qırğın və zülm qarşısında susmağımız mümkün deyil. İnsanları dünyanın gözü qarşısında qətlə yetirirlər”, - o deyib.

Fidan qeyd edib ki, bəzi ölkələrin Qəzzada törədilən qətliamı dəstəkləməsi qəbuledilməzdir:

“Biz istəmirik ki, insan faciəsi region ölkələrinə təsir edəcək müharibəyə çevrilsin. Biz hər kəsi davamlı sülhü dəstəkləməyə çağırırıq”.