Rəcəb Tayyib Ərdoğanın Özbəkistana səfəri ilk növbədə Türkiyənin Mərkəzi Asiya ölkələri ilə münasibətləri inkişaf etdirməsinə hesablanmış bir hadisədir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistana yola düşüb.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, ölkə başçısı İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə Toplantısında iştirak edəcək.
Türkiyənin Mərkəzi Asiya ölkələrinə münasibətinin yüksək səviyyədə olduğunu deyən siyasi şərhçi Turan Rzayev "Sherg.az"a söyləyib ki, Azərbaycan Türkiyə tərəfdaşlığı və ittifaqı Mərkəzi Asiya ölkələrinə ortaq maraqlar çərçivəsində baxır:
"Türkiyə uzun illərdir ki, Avropa İttifaqına üzv ola bilmir, NATO-da isə ikili standartlara məruz qalan bir ölkədir. Bu isə tədricən qardaş ölkənin daha fərqli təşkilatlara fokuslanmasına səbəb olur. Hətta bu Türkiyənin özünün təşəbbüsü ilə yeni bir təşkilatın yaranmasına marağı artırıb. Azərbaycan və Türkiyə Prezidentlərinin birgə fəaliyyətləri nəticəsində Türk Dövlətləri Təşkilatını (TDT) yaratdıqlarının şahidi olduq. TDT-ı Türkiyənin gələcək yüz il ərzindəki siyasi konfrelansiyasını təşkil edir. Qardaş ölkə həmin təşkilata gələcək zamanda həm NATO , həm də Avropa İttifaqı kimi baxır. Yekun hədəf üçün türk dövlətləri ilə müntəzəm əlaqələrin qurulması çox vacibdir. Şübhəsiz ki, bu dövlətlər içərisində Türkiyəyə ən yaxın olan Azərbaycandır. Bununla yanaşı Qazaxıstan, Özbəkistan, Qırğızıstanın da münasibətləri Türkiyə ilə yüksək səviyyədədir".
Analitik onu da vurğulayıb ki, Türkmənistan ilə Azərbaycan və Türkiyə arasında bir müddət soyuq münasibətlər olub:
"Proseslər dəyişdikcə Türkmənistanın da ölkəmizə və qardaş ölkəyə baxış bucağı dəyişib. Eyni zamanda bu ölkə TDT-nın müşahidəçi üzvü oldu. Rəcəb Tayyib Ərdoğanın Özbəkistana səfəri ilk növbədə Türkiyənin Mərkəzi Asiya ölkələri ilə münasibətləri inkişaf etdirməsinə hesablanmış bir hadisədir. Özbəkistan Mərkəzi Asiyanın parıldayan üzvüdür. Özbəkistanın 30 milyona yaxın dinamik bir əhaliyə malikdir. Bu da iqtisadiyatın inkişafına gətirib çıxarır. Bu gün Özbəkistanın sənayesi yüksək səviyyədədir. Azərbaycan və Türkiyənin Özbəkistana münasibətləri iqtisadi, siyasi, geosiyasi müstəvidə olduqca müsbətdir. Ərdoğanın Özbəkistanda qarşılanma mərasimindən görəcəyik ki, onlar üçün də Türkiyə nə deməkdir. Türkiyə Cümhuriyyətinin 100 illiyi tamam oldu. Azərbaycan isə bu gün zəfər gününü qeyd edir. Yəni iki ölkənin indiki və gələcək tarixinə baxdıqda Türkiyə yüz illiyinə hazırlaşdığını görürük. Həmçinin, digər türk dövlətlərini bu minvalda bir araya gətirməyi qarşılarına hədəf qoyublar".