Qərbin Moskva ilə anlaşmaq istəyi: Azərbaycan hədəfdə

"Sentyabrın 19-20-si tarixinədək Ermənistan baş naziri Nikol Paşinyan Qarabağın Azərbaycan ərazisi olduğunu söyləyirdi. Ancaq həm Paşinyan, həm də Fransa prezidenti E.Makron əlavə edirdi ki, Qarabağ Azərbaycan ərazisi olsa da, ermənilər orada yaşaya bilmirlər, çünki təhlükəsizliklərinə zəmanət yoxdur. Ona görə də Qarabağı ermənilərlə birgə Azərbaycandan ayırmağı planlayırdılar. Lakin bu prinsip baş tutmadı".  

Bunu "Sherg.az"a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib.


Analitik bildirib ki, sentyabrın 17-də Qərb ölkələrinin nümayəndələri gizli şəkildə Rusiya təmsilçiləri ilə görüşərək, onlara Qarabağda birgə missiya həyata keçirməyi təklif edirdilər: 

"Yəni söhbət bölgədəki ermənilərin birgə "qorunmasından" gedirdi. Təsəvvür edin, Ukrayna müharibəsinə dəstək olan, Rusiya hakimiyyətini tənqid edən Qərb Azərbaycana qarşı Moskva ilə anlaşmaq istəyir. Ancaq Azərbaycan rəhbərliyinin düşünülmüş addımları, Moskva-Bakı və Ankara-Moskva işbirliyi bu məkrli planın reallaşmasının qarşısını aldı. Əlbəttə, Rusiya və İran da başa düşdü ki, söhbət heç də ermənilərin qorunmasından getmir. Fransanın məqsədi həm də Avrasiya xəttinin arteriyası hesab olunan Zəngəzur dəhlizinin giriş-çıxışına nəzarət erməkdir".