Qərbi Azərbaycana qayıdış: Tarixi Zəfərlə başlayan yol Əsrin Zəfəri ilə başa çatacaq!

"XXI yüzilin üçüncü onilliyində dünya müstəvisində cərəyan edən qlobal proseslər xeyrimizə dəyişir".

Bu barədə "Sherg.az"a açıqlamasında siyasi şərhçi Azər Niftiyev deyib. 


Analitik bildirib ki, ermənilər Zəngəzurdan və Mehri rayonundan köç edirlər: 
"Əslində kifayət qədər haqlı səbəbləri də var. Çünki bu ərazilər tarixi Azərbaycan torpaqlarıdır və əvvəl-axır ölkəmizə məxsus olacaq. Zəngəzur dəhlizi lokal, regional və qitələrarası rola malikdir və nəqliyyat qovşağının keçdiyi dövlətlərin yerli inkişafında mühüm əhəmiyyət kəsb edir. Bu ərazidə yerləşən bölgələrin inkişafdan qalması Zəngəzur yolunun keçdiyi ölkələrin qarşısında çox geniş iqtisadi imkanlar açır. ABŞ və müttəfiqləri, bəzi Qərb dairələri tərəfindən Ermənistandan Rusiyaya ikinci cəbhənin açılması fonunda Ermənistan növbəti dəfə təlatümlərə və parçalanmalara "hamilədir". Ermənistan Qərbin düşmən kəsildiyi iki ölkə ilə, bir tərəfdən Rusiya, digər tərəfdən də İranla qonşudur və onlar burunlarının dibində Qərbin plasdarmının yaranmasına imkan verməyəcəklər. Nəticədə həm Rusiya, həm də İrandan Ermənistana qarşı hücum artacaq. Belə bir tarixi şəraitdə Qərbi Azərbaycana qayıdış təmin ediləcək! Tarixi Zəfərlə başlayan yol Əsrin Zəfəri ilə başa çatacaq! Bunun alternativi yoxdur!".