Çünki əslində, Aİ-nin xüsusi missiyası hərbi işlərlə məşğul olacaq
"Mövcud vəziyyəti bəhanə edən bəzi beynəlxalq dairələr öz geosiyasi davalarını Qafqaza gətirirlər".
Bu barədə "Sherg.az"a Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.
Ekspert bildirib ki, son açıqlamalardan görünür ki, Fransanın Ermənistanı silahlandırması ilə eyni vaxtda Kanada, ABŞ Aİ nin missiyasına qoşulmaqdadırlar:
"Avropa İttifaqı nümayəndəsi Jozep Borrellin açıqlaması, Aİ-nin Sülh Fondunun Ermənistanda işə başlaması bölgəni böyük təhdid altına qoyacaq. Çünki əslində, Aİ-nin xüsusi missiyası hərbi işlərlə məşğul olacaq. Son baş verənlər Azərbaycanın təhlükəsizliyinə təhdiddir. Ölkəmiz lazımi cavab tədbirləri görmək hüququna malikdir. Rəsmi Bakı üçün Qafqazda təhlükəsizlik önəmlidir. Azərbaycana qarşı ittihamların davam etməsi və bu fonda sərhədçilərimizin qarşısında, az qala, bütün NATO qüvvələrinin mülki formada dayanmaları vəziyyəti gərginləşdirəcək".