Ekspert: ABŞ istəklərini Azərbaycana qarşı sərt münasibət qarşılığında reallaşdıra bilməz

Azərbaycan regionun bir nömrəli ölkəsidir

Qarşıdakı müddətdə Vaşinqtonun mövqeyinin yenidən dəyişəcəyini görəcəyik


  Amerika Birləşmiş Ştatları sülh sazişi imzalanana qədər Azərbaycana hərbi yardımı dayandırıb.
 ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O.Brayen açıq şəkildə bildirib ki, 19 sentyabr hadisələrindən sonra sülh yolunda irəliləyiş görməyincə Azərbaycanla bağlı heç nə normal olmayacaq: “Beləliklə, biz bir sıra yüksəksəviyyəli səfərləri ləğv etdik və Bakının hərəkətlərini pislədik. Dəfələrlə siqnal vermişik ki, Ermənistan daxilində güc tətbiqi tamamilə qəbuledilməzdir".
 
Amerikanın ermənipərəst addımını şərh edən iqtisadçı-ekspert Eldəniz Əmirov  isə “Sherg.az”a açıqlamasında deyib ki, Amerikanın Azərbaycana ayırdığı hərbi yardımın həcmi Azərbaycanın özünün müdafiə və milli təhlükəsizlik məsələlərinə xərclədiyi pulun  cəmi 0,03 faizdən 1 faizinə qədərini təşkil edir:
“Əvvəla onu deyim ki, Amerika 1991-ci ildə SSRİ-dən sonra müstəqil olan dövlətlərə yardımla bağlı qanun qəbul edib. 1992-ci ildə erməni lobbisinin təzyiqi ilə yalnız Azərbaycanı bu siyahıdan çıxardı. Yəni bu qanunun 907-ci maddəsinə düzəliş edilib.  2001-ci ildə Amerikanın İraqda və Əfqənistanda apardığı işlərlə bağlı Azərbaycana ehtiyacı olduğu üçün düzəlişi dayandırılıb və Azərbaycana yardımlar edilməyə başlayıb. Dünən isə yenidən Amerika tərəfi Ceyms O.Braynin timsalında bildirdi ki, Ermənistanla sülh danışıqlarında irəliləyiş olmayana qədər Azərbaycana yardımlar dayandırılacaq. Amerika birmənalı olaraq hər zaman öz maraqlarına uyğun Azərbaycandan istifadə etmək üçün bu yardımı artırıb və azaldıb.  Corc Buş yaxın Şərq siyasəti zamanı  Azərbaycanın müsəlman ölkəsi olaraq beynəlxalq antiterror əməliyyatlarına hərbi-siyasi dəstək verməsi, xüsusən də, Əfqanıstana yüklərin daşınmasında əhəmiyyətli tranzit ölkə olması üçün Azərbaycana hərbi yardımı artırıb. 
  İranla nüvə sazişi imzaladığı və rəsmi Bakıya ehtiyacın azaldığı illərdə isə B.Obama Azərbaycana hərbi yardımları azaldıb. Hətta 2016-2017-ci illər ərzində ABŞ-nin Azərbaycana hərbi yardımı illik 3 milyon dollardan artıq olmadı. Halbuki əvvəlki illərdə bu rəqəm dəfələrlə böyük idi”. 
 
E.Əmirovun sözlərinə görə, 2002-ci ildən  Amerikanın bu yardım sənədi üzrə  411,6 milyon dollar vəsaitin təhlükəsizlik sahəsinə aid 20-dən artıq layihə vilyon dollar təşkil edən yardım alıb:
“2017-ci ildən sonra regionda gərginlik artan kimi Amerika yenidən Azərbaycanla hərbi sahədasitəsilə bu ölkələr arasında bölüşdürülməsi nəzərdə tutulub. 2002-ci ildən başlayaraq, hər bir büdcə ilində Azərbaycan cəmi 13 mə əməkdaşlığı gücləndirib. Buna görə də 2018-ci ildə cənub sərhədlərinin təhlükəsizliyi rabitə, enerji, tikinti, dəniz avadanlıqları və nəqliyyat vasitələri üçün Azərbaycana 47,5 milyon dollar ayırdı. Bundan əlavə bildirildi ki, Xəzər dənizində təhlükəsizlik məsələlərinə dair Azərbaycana əlavə 11,5 milyon dollar ayrılır. 2024-cü ilin dövlət büdcəsində Azərbaycan Müdafiə və milli təhlükəsizlik məsələlərinə görə 6 milyard 421 milyon manat vəsait ayırıb. Bu 3,77 milyard dollar deməkdir. Yəni Amerikanın bizə ayırdığı yardım bizim ayırdığımız pulun maksimum 1 faizini təşkil edib. Hətta elə illər olub ki, 0.03 faizi qədər az olub. Odur ki, bunu hansısa qaçırılacaq maddi imkan kimi qiymətləndirməyə dəyməz. Amma maraqlı məsələ odur ki, Amerikanın Ermənistanla sülhü bəhanə edərək yardımı dayandırmasının arxasında yenə də başqa məqamlar gizlənir. Çünki regionda vəziyyət dəyişdikcə Amerikanın Azərbaycana yardım siyasəti də dəyişir. Lakin Cənubi Qafqazda söz sahibi olmaq istəyən bir ölkə Cənubi Qafqazda bir nömrəyə çevrilmiş Azərbaycanla münasibətlərini yaxşılaşdırmalıdır. Amerika isə həm burada mövqeyini gücləndirmək istəyir, həm də Rusiyanın Cənubi Qafqazda sıxışdırılmasını. Bu istəklər isə Azərbaycana qarşı sərt münasibət qarşılığında reallaşa bilməz. Ona görə də qarşıdakı müddətdə yenidən ABŞ-nin mövqeyinin dəyişəcəyinə qəti şübhə etmirəm”.