Fransanın assosiasiya sədri: "Emmanuel Makron hərdəmxəyaldır"

"Emmanuel Makron hərdəmxəyaldır. Səhər dediyi ilə günorta dediyi bir-birini tutmur".
Bunu "Report"a açıqlamasında Fransada "Les Oranges" Assosiasiyasının lideri, əlcəzairli Mhamed Kaki deyib.
Onun sözlərinə görə, Makron hər zaman fikrini dəyişən bir şəxsdir: "Onu maraqlandıran sadəcə gücdür. Güc haradadır, o da oradadır. Biz əlcəzairəsilli fransızlar Fransada 6 milyonuq. Biz seçki ərəfəsində onun yadına düşürük, yanımıza səslərimizi almaq üçün gəlir. Sözlər verir, amma seçkini udduqdan sonra bunları unudur. Amma biz nə edirik? Biz ona xatırladırıq ki, bütün bunlara son verilməlidir".