İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin konfransı başa çatıb

Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransı öz işini başa çatdırıb.
“Report” xəbər verir ki, konfransın yekunu üzrə birgə qətnamə qəbul edilib.
Qeyd edək ki, noyabrın 21-dən 23-dək Bakıda keçirilən əmək nazirlərinin 5-ci konfransı çərçivəsində İƏT Əmək Mərkəzinin açılışı olub. Mərkəzin nizamnaməsini 16 ölkə imzalayıb.