Putindən Baydenə cavab: “Rusiya NATO ölkəsinə hücum etməyəcək” 

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Co Baydenin “Rusiya NATO ölkəsinə hücum edəcək” iddiasına cavab verib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Co Bayden bu ayın əvvəlində Rusiyanın Ukraynada uğur qazanacağı təqdirdə NATO ölkəsinə hücum edəcəyini iddia etmişdi.

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidentinin sözlərini “mənasız” adlandırıb. “Rusiyanın NATO ölkələri ilə müharibə etməkdə nə iqtisadi, nə siyasi, nə də hərbi marağı var”, - deyə Putin bildirib.

Rusiya lideri Baydeni Rusiya ilə bağlı yanlış siyasətinə haqq qazandırmağa çalışmaqda ittiham edib.

NATO müqaviləsinin 5-ci maddəsinə əsasən, alyansın hər hansı üzv ölkəsinə hücum bütün üzvlərə hücum hesab olunur.